© müəllif Leonid Kaganov, original here
© tərcümə – Qaib Əliyev


link: epos-az_Gaib_Aliyev.mp3

YIRTICININ DASTANI

Bir saniyə qulaq as, olar? Eşit – bu çox vacib məsələdir! Mən bu planetə yuxarıdan baxmışam. Yer kürəsi üzərində bir kosmonavt. Əzab-əziyyətlərı, müharibələri gördüm... Və ən əsası acgözlük, acgözlük, acgözlük... Düşündüm: lənət olsun satqıya. Lənət olsun alqıya. Bu qancıq dünyaya lənət olsun. Gəlin... gözəl olaq.

Mark Ravenhil «Shopping & Fucking»

Elə bil ki, heç nə baş verməmişdi. Otağın tavanındakı işıqlar yanırdı, pəncərədən görünən qalaktikanın fırlanışı yuxu gətirirdi. Zərərsiz, yasəmən rəngli qalaktika. Eyni bürclər süzərək dairə çəkirdilər. Uzaqda həyəcan siqnalının kədərli uyultusu eşidilirdi.

– Mamontlar – drakondular? – yenə Qlayanın miyoltusu eşidlildi.

– Necə? – ayılıb, ulduzlu qırıntılardan gözlərimi çəkdim.

– Nəhəng ölmüş sürünən heyvanlar. Dostun dastanı oxuyub.

– Rəfiqən desən, yerinə düşər, – düzəliş etdim. – Sən qadın cinsinə aidsən! Düz danış!

– Özündən çıxma, – Qlaya cavab verdi. – Hər şey yaxşı olacaq.

Pərt oldum. Axı Qlaya rus dilini yaxşı bilirdi. Mexanik, onu səbətin içində gətirdiyi gün, Qlaya ancaq “günəş” və “hər vaxtınız xeyir” deyə miyoldayırdı. Özünə üçüncü şəxsdə “xovlu” deyirdi. Him-cimlə danışırdı, yoğun pəncələri gülməli yellənirdi. Uçuşun ilk günündə rus dilini öyrəndi. Kayutda kitabdan ayrılmadı, bizsə mexaniklə yemək daşıyırdıq. Bü Özgələr yaman istedadlıdır. İndi isə Qlaya plastik tibbi masanın üstündə yumarlanıb böyük gözləri ilə mənə baxırdı. Spaniyel boyda bir siçan. Yenot rəngli pişik. Yekə gözlər. Göz ağı yoxdur, bir dənə yekə şabalıdı bəbək. Görəsən, ona soyuq deyil? Mən, əynimdə telaks kombinezon ola-ola, donurdum. Digər tərəfdən onun xəzi var, – dünyada ən qalın xəz.

– Mənə özüm haqqında kişi cinsində danışanda rahatdır. – Qlaya miyoldadı. – Axı rus dilində “insan” sözü – kişi cinsinə aiddir. “Şüur” – kişi cinslidir. Deməli, şüurlu hər şey kişi cinsi olmalıdır. Mən Yuta planetində yaşayan yut tayfasının nümayəndəsi, – Qlayayam. Mən sizin dastanınızı oxudum. Sizin dastanınız çox qısadır. Bir neçə minillik. Bir sutkaya öyrənmək olar.

Qlaya sifətini pəncələri ilə örtüb, düşünürdü. Mən üzümü çevirdim. Pəncərə monitorunda ulduzlar süzürdü. Mənfur və soyuq ulduzlar. Gözlərimi yumardım, amma bu halda hər tərəfi həyəcan siqnalı bürüyərdi – diş ağrısı kimi ümüdsüz.

Darıxdırıcı uyultunu pozmaq üçün sakitcə soruşdum:

– Neçə yaşın var?

– Sizin vaxtınızla hesablasaq... – Qlaya düşündü, xovlu quyruğu masanın ayağına dolaşmışdı. – Yer kürəsindəki illərə görə mənim altı yaşım var.. Sosial nöqteyi-nəzərdən isə – on yeddiyə yaxın.

– Sən həddi-buluğa çatmamısan?

– Bap-balacayam hələ. Amma mən yer kürəsindən dili və dastanı öyrənib qayıtsaydım, həddi-buluğa çata bilərdim.

Qlaya iki məxməri qulağını çətir tək yığdı. Onlar boz xəzin içində gizləndi. Yəqin bu hansısa emosiyanın göstəricisidir. Qulaqlarını yığdı. Ümidsizlik? Kədər? Bəlkə bu həyəcan siqnalı onun da başına düşürdü? Bu həyəcan siqnalının xəbər verdiyi məlumatdan onsuzda bir sutkadan çoxdur ki, xəbərimiz var. Mənasız həyəcan siqnalı...

– Sən cavab vermədin, – Qlayanın qulaqları yenə açıldı, – Drakonlar – mamontlardır?

– Yox. Mamontlar – fillərin bir növü olub. – cavab verdim. – Nəhəng tüklü heyvanlar olub. Qədim insanlar onların hamısını məhv edti.

– Niyə? – Qlayanın yekə gözləri mənə baxırdı.

– Axmaq idilər də. – Gözlərimi çəkdim. – Yemək istəyirdilər.

– Doğurdan a... Yadımdan çıxdı ki, siz yırtıcısız. – Qlaya hələ də fikirli baxışı ilə küncdəki avtoklava baxırdı.

– Drakonlar – uydurma yaratıqdılar. Nəhəng sürünənərə bənzyirlər, – mən davam etdim. – Əslində nəhəng sürünənlər də olub, amma onlar insanlardan milyon il əvvəl ölmüşlər. Heç kəs bilmir niyə. Amma drakonlar – uydurmadır.

Bir an başa düşdüm ki, onunla elə danışıram ki, elə bil o uşaqdır. Axı o uşaq deyil...

– Yaman dolaşıqdır, – Qlaya dedi.

Bəlkə də uşaqdır... Mən ki ksenopsixoloq deyiləm. Mən isanların adi bir kosmos gəmisinin həkimiyəm. Yekə qara zolaqlı, ağ quyruq yenə yelləndi.

– Qulaq as, – udqundum, – Bu zəhrimar həyəcan siqnalı... Deməli, bütün təhlükəsizlik sistemləri işlək vəziyyətdədir. Bəlkə biz boşuna narahat oluruq... Fəlakət siqnalı ətraflara artıq yayılıb...

Qlaya masadan dörd ayaqları üstünə aşağı hoppandı, bir anın içində kreslomun yanında oldu.

– Lazım deyil. Biz axı qərara gəldik ki, bu haqda danışmayaq. Gəl bir birimizə drakonlar haqqında nağıllar danışaq.

Bəlkə də uşaqdır...

– Axı bizi on iki saat içində tapmasalar...

– Lazım deyil, – Qlaya isti pəncəsini dizimin üstünə qoydu. – Əgər söhbət heç nəyi dəyişməyəcəksə, onda söhbət nəyə lazımdır?

– Lazım deyil, – mən razılaşdım və onun belini sığalladım.

Çox yumşaq idi. Yer kürəsidəndəki heyvanlarda bu qədər yumşaq xəz olmur. Yanında oturmaq xoşdur. Sadəcə oturub, yasəmən rəngli qalaktikanın dairələrlə fırlanmağını müşaiyət etmək.

– Üç milyon il bundan əvvəl, – Qlaya başladı, – bizdə də hər yerdə drakonlar yaşayırdı. Onlar hücum edirdilər, amma əcdadlarımız çoxlu hasarlama tikirdi. Elə söz var – “hasarlama”? Sonra yutalar çoxaldı, kələzlər isə qoruqlarda yaşayır indi. Şüursuz olduqlarına baxmayaraq, dastanlarda adətən danışırlar.

– Mən eşitmiəm ki, irqiniz çox qədimdir, – xatırladım mən.

– İlk dastanımızın milyondan çox yaşı var, – Qlaya miyoldadı.

– Siz qalaktikada birinci ola bilərdiz.

– Birinciyik də.

– Yəni mən dediyim odur ki, kosmosda birnici ola bilərdiz. Axı siz çox ağıllısız.

Qlaya burnunu mənə tərəf çevirib, aşağıdan yuxarı baxdı. Şabalıdı gözlər. İncə qara burun. Zərif bığcıq. Böyük xovlu qulaqlar.

– Sən də ağıllısan, – Qlaya dedi. – Mən sənə bir qədim dastanımızı danışım, hər şeyi başa düşərsən.

– Nağıl danışacaqsan? – Mən kreslodan qalxdım, onun yanında döşəmənin üstünə oturdum.

– Hə də, nağıl. Bizdə oxşar nağıllar olur, – Qlaya dedi. – Drakonlar, şahzadələr və pəhləvan qəhrəmanlar haqqında.

– Ümümiyyətlə irqlərimiz çox oxşardır, – mən razılaşdım. – Karbon əsasında qurulmuş, oksigenlə nəfəs alan orqanizmlər, hücəyrələrimiz belə çox oxşayır bir birinə. Belə bir nəzəriyyə var ki, biz kosmosdan planetlərimizə salınmış eyni həyat növüyük. Maddələr mübadiləsi eynidir. Yadındadır baş ağrısı dərmanı istədin... Biz bura düşdük, həmin anda ki...

– Burda saxla, – Qlaya tələb şəklində pəncəsi ilə dizimi döyəcdədi. – Qulaq as, mən nağıl danışıram. Çalışaram tam düzgün tərcümə edim. Nağıl yarım gün danışılasıdır, amma mən ancaq sujetin danışacam. Qədim zamanlarda N qəsəbəsində bir şahzadə yaşayırdı...

– Onda sarayda yaşamalıdır. Şahzadələr qəsəbədə yaşaya bilməz. Şahzadə – alicənab ailənin qızıdır. Ya sizdə belə fərqlər də yoxdur?

– Niyə yoxdur? Var. Söhbət ondadır da – şahzadə çox gözəl doğulmuşdur. Ağ yumşaq qarnı, xovlu beli və qəsəbənin ən uzun quyruğu var idi. Qulaqları yumşaq, gözləri gözəl idi. Çox ağıllı idi. Gənc yaşında artıq bir neçə dastan bilirdi. Qəsəbənin cavan oğlanları onu çox sevirdilər. Onunla cinsi əlaqədə olmaq çox xoş idi.

– Bu nə nağıldır? Elə olmaz. Cinzi əlaqə – qadağandır. Yəni o mənada ki...

– Mən bilirəm, tabu şəklində qadağa nə deməkdir. Sizin okean dastanınızı öyrənmişəm. Yaxşı, nəzərə alıb, senzuradan keçirdərəm. Bir yay günü şahzadə hasarlamadan qalın keçilməz iynəyarpağa çıxdı.

– Meşəni deyirsən?

– Aha, qalın iynəyarpaq meşəsi. Möhkəm hasarlanmadan çıxdı. Birdən ağacların arasından drakon çıxıb, şahzadəni tutdu, göyə qalxıb, onu öz dağ yuvasına apardı. Qəsəbənin sakinləri elə bildilər ki, şahzadə həlak olub. Amma ən eybəcər cavan oğlan getdi onu axtarmağa. İstirahətsiz gündüz gecə gediridi uzaqlara. Otlar, ağaclar, çaylar və quşlar ona yemək verib, soyuqdan qoruyurdular və yol göstərirdilər. Nəhayət o dağa dırmaşıb bir gecə yarısı drakonun yuvasına çatdı. Drakon yatırdı, şahzadə isə daş zindanda qıfıllanmışdı. Oğlan bir çat tapıb, şahzadəni çağırdı, o da eşitdi. Səhərə qədər oğlan orda qaldı, şahzadə ilə söhbət etdilər.

Qlaya susub mənə baxırdı.

– Davam elə, mən sənə qulaq asıram. – dedim.

– Vəssəlam.

– Necə yəni? Nağıl qurtardı?

– Hə.

– Nədir ki, belə nağılın mənası?

– Şahzadə artıq qorxmurdu.

– Oğlan drakonu öldürüb, zindanı açmadı?

– Bizim nağıllarımızda bu prinsipial deyil. Bəlkə öldürüb, bəlkə öldürməyib. Bəlkə zindanı açıb. Bəlkə səhər açılan kimi, drakon ikisini də yedi. Bəlkə drakon ancaq şahzadəni yedi, oğlan isə gizlənə bildi. Əsası odur ki, şahzadə bilirdi ki, yaxında dost var. Qorxmurdu. O gəlmişdi ki, yaxında olsun. Axı ən əsası odur ki, axıra qədər yaxın olasan.

– Çox sarsaq nağıldır, – deyə, döşəmədən qalxdım və yenə kresloya oturdum.

– Qədim nağıldır, ona söz yox, – Qlaya başını əydi. – Amma sarsaq niyə olur?

– Bəlkə xəbərin yoxdur, nağıllarda xeyir şərə qalib gəlməlidir.

– Yadından çıxmasın ki, yutalar yırtıcı deyil. – Sifətini yenə mənə tərəf çevirdi. – Bizim dastanımızda qələbə ideyası nə gəzir?

– Bəs nə, məğlub olma ideyası? Yaman nağıllardır, a...

– Bizim mədəniyyətimizdə məğlub olma ideyası yoxdur. Fədəkarlığın tərənnümü də – yırıtcıların dastanına aiddir. Bizdə dəstək ideyasıdır.

– Passivlik ideyası!

– Yox.

– Əla! Qlaya, xəbərin var, sənin xəzin qalaktikada ən qiymətli xəzdir!

– Bilirəm.

– Bəs bilirsən ki, bir beş il bundan əvvəl brakonyerlər Yuta planetinə enib, sənin kimilərin öldürürdülər? Yer kürəsi olsun ya başqa planetlərin quldurları xəlvətcə ov edirdilər. Səncə bu təbiidir?

– Təbii deyil. Cəmi 15 hal qeydə alınıb, sonra isə biz tələlər sistemi quraşdırdıq, o vaxtdan belə şeylər baş vermir, brakonyerlər enməmiş deportasiya olunurlar.

– Bəs təbiidir ki, qatillər indiyənə kimi cəzalandırılmayıblar?

– Doğranmış xəzlər yenidən yuta olmayacaqlar. Cəzanın nə mənası var?

Mən bir cavab tapa bilmədim və hirsimdən kreslonun qoltuqlarına yumruq vurdum.

– Görüm, başa sala bilirəm, – Qlaya dedi. – Təsəvvür elə ki, qar uçqunu alpinistləri örtüb məhv etdi? Siz uçqundan qisas alacaqsınız?

– Sarsaqlıq, – mən donquldadım. – Zülmə müqavimət göstərmə.

– Niyə göstərmə? Bizdə də elə nağıllar var ki, yutalar drakona dostlarını öldürməy mane olurlar. Amma onlar qəhrəman deyirlər, ona görə də şüurlu və birgə iş görürlər. Tək başına qəhrəmanlıq edən ancaq yırtıcının dastanında ola bilər.

– Niyə?

– Ona görə ki, qəhrəman – düşmənlərdən güclü olan deyil. Qəhrəman – özünkilərindən güclü olandır. Onun etdiklərində bərabər tayı olmamalıdır, ona görə yırtıcıların qəhrəmanları tək başına hərəkət edirlər. Bizim nağıllarımızda adətən nə qəhrəman var, nə düşmən. Amma mən sənə məhz bu nağılı danışmaq istədim ki, öz dastanınla onu müqayisə edəsən.

– Hm... Başa düşdüm. Göstərmək istəyirdin ki, bizim nağıllarımız murdar, sizin nağıllarınız mərhəmətlidir.

– Təəccüblüdür, – Qlaya miyoldadı, xovlu qulağını mənim dizimə sürtündü, sonra çönüb, gözlərimə baxdı. – Sən istənilən söhbəti mübarizəyə döndərə bilirsən. Doğrudan elə bilirsən ki, mən sizin dastanınızı təhqir edib, öz dastanımızı tərifləmək istəyirdim?

– Bağışla, – mən pərt oldum.

– Bağışla... – Qlaya dalğın halda sözümü təkrarladı. – Mənim üçün bu sözü əzbərləmək ən çətin olub. Bizim dilimizdə “bağışla” sözü yoxdur.

– Bəs siz hansı sözlərlə üzr istəyirsiz?

– Biz üzr istəmirik. Bizdə “sçuyits” sözü var – yanılma, səhv deməkdir. Müsahibinə deyə bilərsən ki, “mənim sözlərim sçuyits olub”. Amma aqresiyanın olmamağını nümayiş edib, günahından keçməyi xahiş etmək ehtiyac yoxdur, başa düşürsən?

– Yəni siz bir biriniz təhqir edib alçalda bilərsiz, amma üzr istəmək ağılınıza da gəlməz?!

– Biz təhqir etməyi bacarmırıq, – Qlaya gərnəşdi. – Əgər deyilən sözlər acı gəlsə, bu aqressiya deyil. Bəlkə sçuyitsdir. Bəlkə acı həqiqətdir. Başa düşürsən? Bizdə “bərabərlik”, “itaət”, “cəza” və “xeyirxahlıq” sözləri yoxdur? Bizdə heç kəs o birilərdən daha yaxşı yerə düşməyə çan atmır. Bizdə ümumiyyətlə heç kəs heç nəyə can atmır. Başa düşürsən? Sizdə başqa cürədir: müharibələr, olimpiya oyunları, iqtisadi rəqabət, mənsəb inkişafı, elmi mübahisələr. Güclü və zəif, üzr və təhqir, cinayət və cəza, itaət və rəhbərlik, xəyanət və qisas. Sizdə gülməli salamlama adəti var – açıq əllə toxunmaq, yəni silahsız olduğunuzu göstərmək. Və ya qədəhləri bir birinə elə döymək ki, içkilər qarışsın, yəni qədəhlərdə zəhər yoxdur. Sizdə pul var. Cinayətkarlıq və cinayətkarlıqla mübarizə var. Söhbət ancaq yer kürəsində getmir, bu bütün yırtıcı sivilizasiyaların fəlsəfəsidir. Maraqlı deyilmi? Mənə sizin mədəniyyətiniz çox maraqlıdır, sizə isə bizim mədəniyyətimiz, düzdür?

– Düzdür, maraqlıdır, amma mən sizi başa düşmürəm.

– Mən də çox şeyləri başa düşmürəm, – Qlaya yenə gərnişdi. – Məsələn sizdə ölüm cəzasını ləğv ediblər...

– Burda başa düşüləsi nə var ki? – Mən Qlayaya şübhə ilə baxdım.

– Mən müxtəlif dastanları oxumuşam. Volqlaya səyahət etmişdim. Bu günlərdə orada erkəyin cütləşmədən sonra yeyilməsini ləğv ediblər...

– Nə?! – mən təəccübləndim, – Sən Volqlada olmusan? Vəhşi hörümçəklər planetində?

– Onlar vəhşi deyirlər, şüurludular. Onların instinktləri çoxdandı sosial normalar çərçivəsindədilər, səyyahlar üçün bir təhlükə yoxdur, – Qlaya susdu və sağ pəncəsini yaladı. – Mən onların dastanını oxumuşam, orda da drakonlar var. İstəyirsən, “Tratanian” dastanını danışım? Ən dövlətli hakim tayfasının əsas dastanıdır. го богатого правящего рода. İlkin Anadan gəlmə dastanı.

– Danış da... – Mən yenə döşəmədə oturub, Qlayaya söykəndim.

– Aləmin ilk çağında cəsus dişi Tratanian drakonla döyüşə yollandı. Zirehli drakon o qədər nəhəng idi ki, səmanın yarısını yeddi günlük yol üzrə bağılayırdı.

– Dayan-e... Bəs şahzadəni oğurlamaq? – mən hər ehtimala qarşı dəqiqləşdirdim.

– Nəyə lazımdır? Volqlanın hörümçəkləri sürü halında yaşamırlar, ova tək-tək çıxırlar, adətlərində əməl alveri yoxdur.

– Necə???

– Əməl alveri – dəstəyə dəstək, aqressiyaya qisas – onlarda yoxdur. Ona görə də düşmənə hücüm etmək üçün səbəb axtarmaq lazım deyil. Başa düşürsən?

– Deyəsən, başa düşürəm...

– Cəsus dişi Tratanian çox gün gedirdi, və onun yolunda dağ durdu. “Rədd ol yolumdan!” – Tratanian qışqırıb, dağı dişlədi. Amma dağ tərpənmirdi. Tratanian həddindən artıq qəzəbləndi. Güclü heliseraları ilə zərbə endirib, dağı dağıtdı və həmin yerdə dərə əmələ gəldi. Tratanian həmin dərəyə qarnını boşaltdı və yolunu davam etdi.

– Sarsaqlıq, – mən dedim.

– Sarsaqlıq niyə olur? – Qlaya cəld cavab verdi. – Sadəcə mübaliğə. Əlbəttə ki, hörümçək dağı dağıda bilməz, ölçüdə məndən balacadılar.

– Dağı dağıtmaq nəyə lazımdır ki?

– Axı sən nəyi başa düşə bilmirsən? Dağ yolunda durmuşdu. Dağ – düşmən, rəqibdir. Düşmənə qalib gəlmək, onu mənv etmək və alçaltmaq lazımdır. Təsəvvür elə ki, dağ canlı əjdahadır, onda Tratanianın hərəkəti insanın nöqteyi-nəzərindən məntiqlidir.

– İnsan cansız təbiətlə döyüşə çıxmır! – mən dedim.

– İnsan bu dərəcədə sırf yırtıcı deyil, – Qlaya etiraz etdi. – Amma sizin dastanınızda da cansız təbiətlə mübarizəyə rast gəlmək olur.

– Bəlkə misal gətirəsən, – mən bir az narazıçılıq ifadə etdim.

– Misal... – Qlaya xovlu pəncəsini qaldırıb, pişiyə bənzər hərəkətlə qulağını qaşıdı, – İnsan Dnepr çayına dedi: titrə, tikəcəm bəndi...

– Bu hardandır? – mən təəccübləndim.

– Yox, bu yox, – Qlaya miyoldadı. – Bax, bu misal yerinə düşər: fırtına Kserks çarının donanmasını darmadağın etdi və o dənizi cəzalandırmaq qərar aldı. Əmr verdi ki, dənizi qamçılasınlar. Qədim Yunanıstan dastanı.

– Təəssüf ki, tanış deyiləm, – mən üzüm turşutdum. – Yəqin çox qədim dastandır. Belədirsə, bu da sarsaqlıqdır!

– Yaxşı, nisbətən təzə dastan: İisus Xristos, yolda əncir ağacı görüb, yaxınlaşdı ona, yarpaqdan başqa heç nə tapmadı, və ağaca dedi: səni görüm birdə bəhərin olmasın! Həmin an əncir ağacı qurudu.

– Bu misalın heç yeri yoxdur! – Mən əsəbləşdim. – Bu sadəcə əkinçilik haqqındadlr. Seleksiya.

– Bəlkə mən nağılı davam edim, olar? Tratanian yolunu davam etdi, və yolunda floya tarlası durdu. Floya – zəhərli tikanlı bitkidir, qalın möhkəm budaqları var, bitəndə bir divar kimi bitir. Təsəvvür elədin? Tratanian qışqırdı: “Floya, çəkil yolumdan!”, amma floya yalnız xışıldadı və daha da sıx durdu. Tratanian həddindən artıq qəzəbləndi. Başladı budaqları bir-bir dişləyib, zorlamağa.

– Neynəməyə? – mən təəccübləndim.

– Cinsi əlaqəyə məcbur etmək. Yırtıcıların dastanlarında çox vaxt düşmənə qarşı aqressiya və qələbə rəmzidir. Məsələn, insanların bir dastanında…

– Zəhərli bitkilər tarlasını necə zorlamaq olar?

– Mən də təsəvvür edə bilmirəm, – Qlaya düşündü. – Dastan belədir. Ola bilər məcazi mənada. Tarlanın işi bitəndən sonra, Tratanian yolunu davam etdi. Yolunu göl kəsdi.

– Davamını bilirəm, – başımı yırğaladım. – O gölə qışqırdı: “çəkil yolumdan”, amma göl qulaq asmadı ona, Tratanian həddindən artıq qəzəbləndi, gölü içdi, dərəyə qarnını boşaltdı, və ya başqa yolla onu zorladı...

– Yox, – Qlaya cavab verdi. – Hörümçəklərin dastanında su heç vaxt düşmən kimi göstərilmir. Adətən bizdə bunu belə izah edirlər ki, Volqlada su az olduğuna görə, qiymətlidir. Amma zənnimcə bu suyun forması olmadığına görədir. Bunu izah etmək çətindir: hörümçəklər üçün düşmən təzahürü ən vacib şeydir. Tratanian sahilin qırağında dirsəkli mollyusk gördü. Onun belinə minib əmr etdi ki, onu gölün o biri tərəfinə keçirtsin. Qorxudan titrəyə-titrəyə, mollyusk keçirtdi onu. Tratanian onun qarnını yardı, ürəyini yedi və yolunu davam etdi.

– Bu da onun minnətdarlığı… – dedim mən.

– Minnətdarlıq ancaq sürü şəklində yaşayan yirtıcılara xasdır, – Qlaya başını yellətdi. – Hörümçəklər əməl alveri yoxdur.

– Başa düşmədim, bəs sizdə? Sizdə də minnətdarlıq yoxdur?

– Bizdə də yoxdur. Bəyəm dəstək əməli üçün səbəb lazımdır? Mənə bu adətinizi başa düşmək çətin idi. Sənə də yəqin bizi başa düşmək çətindir.

– Daha demə...

– Həm də mollyusk – ovdur, yeməyi saxlamaq axmaqlıqdır. Təsəvvür elə ki, konserva bankasının köməyi ilə sən ehtiyat hissəni bərkidici yuvaya mıxladın – axı sən onu bu köməkdən sonra yeyəsisən, kosmosa buraxmayacaqsan ki...

– Axı banka canlı deyil!

– Biz bunu artıq müzakirə etmişik. Yırtıcılar çox vaxt canlı və cansız düşmənləri ayırmılar. Tratanian yolunu davam etdi və zirehli drakonun yuvasına çıxdı. Drakon qorxulu idi. Xırdalıqları buraxıram. Döyüş başladı. Bu nu da buraxıram, bu dastanın ən uzun və ətraflı hissəsidir. Nəhayət, nəhəng drakon məğlub olundu. Tratanian onu zorladı, tikı-tikə parçaladı və yedi. Bir neçə müddətdən sonra ondan yumurtaladı.

– Drakondan?!

– Nə olsun? İnsanların da tayfaları bəzi dastanlarda heyvanlardan yaranır. Əlbəttə, genetik cəhətdən...

– Andıra qalsın genetika! Düşməndən uşağı olacaq?!

– Tənha yırtıcı üçün çox şüurlu bir hərəkətdir: güclü düşmən – güclü genofond. Burda aydın olmayan başqa şeydir – elə çıxır ki, drakon erkək olub. Amma o oerkək ola bilməz, hörümçəklər zəif cins üzrə qələbəni qəhrəmanlıq hesab etmirlər. Dastandaki bu yeri başa salmağı onlardan xahiş eliyəndə, aqressiv olurlar... – Qlaya susdu və sağ ayağını yaladı. – Hə, belə... Tratanian yumurtaladı və onun beş yüz on bir qızı oldu. Orijinal variantda yeddi yüz yetmiş yeddi deyilir, onlar səkkizli say sistemini istifadə edirlər. Sonra Tratanian bel üstə çevrilib özünü beş yüz on bir hissəyə parçalayıb öldü. Qızları isə dünyanı sürünüb qüvvətli Tratanian tayfasını yaratdılar. Nağılın sonu.

– Təsiredicidir, – mən başımı yırğaladım, – Amma özünü parçalamaq nəyə lazımdır?

– Amma bu nağıl sənin yut nağılından daha çox xoşuva gəldi... – Qlaya mırıldadı və fikirə getdi.

– Özünü parçalamaq niyə lazım idi ki? – sualımı təkrar etdim.

– Fədəkarlıq ölümü, – Qlaya başa saldı. – Bütün yırtıcıların dastanlarında yaranmağı labüddür. Məsələnin tərs üzü. Üz tərəfi – xaricə yönəlmiş aqressiya, düşməni məğlub etmək. Fiziki qələbə və ya daha mürəkkəb, sosial: qisas, ifşa, rüsvay etmə. Tərs üzü isə – daxilə yünəlmiş aqressiya. Fədəkarlıq ölümü – özün üzrə qələbə, həyat və ölüm üzrə.

– Necə yəni? – mən başa düşmədim.

– Fədəkarlığı şöhrətlətndirən dastan. Yırtıcı düşmənləri məhv edərkən, özü də ölür. Silah-sürsatı partladır, nəqliyat vasitəni uçuruma atır, düşmən ordusunu dərəyə salıb, azdırır. Daha inkişaf etmiş variantda yırtıcı ideyası üçün əzab içində ölür. Məsələn, insanların nisbətənə yeni dastanında...

– Yum ağzıvı! – Mən qışqırdım və yumruğumu döşəməyə elə vurdum ki, avtoklavın qıfılları cingildədi.

Qlaya susdu və fikirli-fikirli qulağını qaşıdı. Süküt yayıldı və bu sükütda yenə də darıxdırıcı həyəcan siqnalı eşidildi.

– Bağışla, – öskürüb dedim. – Döşəməyə yumruq vurmaq – sçuyitsdir.

– Belə, – Qlaya davam etdi, – Biz Tratanian haqqında danışırdıq. Güclü nəslin banisinin dünyada bərabəri olmamalıdır. Ona görə düşmən əlindən, qocalıqdan və ya xəstəlikdən ölə bilməz, düzdür? O ancaq öz əlindən əzabla ölə bilər – nəsil uğrunda. Qızları ətini, qanını yeyir və tox dünyaya yayılırlar. Hörümçəklərin dastan çox məntiqlidir.

Mən bir az susdum, amma sonra soruşdum:

– Qlaya, bəs sən necə bilirsən – insanların dastanı daha çox hörümçəklarin və ya yutların dastanına oxşayır?

– Müqayisə etmək çətindir, – Qlaya bir az düşünüb, cavab verdi. – Hardasa arasında, amma bir az da kənarda. Siz mülayim aqressiv sürü halında yaşayan yırtıcısız və bütün münasibətləriniz ticarət üzrə qurulur. İnsanların klasik dastanı – əməllər alveri zəncir. Drakon şahzadəni oğurlayır, pəhləvan isə təkbaşına gedir onu cəzalandırsın. Yolda kimi görsə aqressiyasına qisas alır və özünə kömək qazanır. İvanuşka, məni öldürmə, mən sənə lazım olaram. Sonda qəhrəman ondan güclü drakonla döyüşür. Məğlub edir. Şahzadəni, azad edir, və bunu əvəzinə şahzadə onu nigah partnyoru olur. Ümumiyyətlə, cinsi problemini həll etmək – Yer kürəsində qəhrəmanlığın vacib stimuludur. Sonra isə pəhləvan qəbiləsinə qayıdıb, padşah olur, ona görə ki, özünkülərdən güclü olduğunu sübut etdi, və hakimiyyətdə olmaq haqqını satın aldı.

Mən kreslodan qalxdım, avtoklava qədər keçdim, ona əllərimi qoyub döndüm.

– Qulaq as, ay balaca yuta, sənə elə gəlmir ki, sən...

İncimə, – Qlaya sözümü kəsdi. – Sənin irqin gözəl və şüurludur, sizin mədəniyyətiniz tez inkişaf edir, vaxt gələcək, yırtıcı instinktlərin dövrü keçəcək. Özündən başla. İnciməkdən tərgit. Yarışmağı tərgit. Qələbə çalmaq və alver etməyi tərgit.

– Saxla! – mən qışqırdım. – Saxla!!! Bəsdir!!! Mən daha dastan haqqında danışmaq istəmirəm! Mən bir dəfə də düşdüyümüz vəziyyəti müzakirə etmək istəyirəm.

– Necə istəyirsən...

Qlaya “ah” çəkdi, tibbi masanın üstünə hoppandı və, uzanıb, sifətini qabaq ayaqlarına gizlətdi. O beyaqkindən daha tüklü görsənirdi və mən başa düşdüm ki, ona da soyuqdur. Mən monitora yaxınlaşdım. Boğazımı tutuldu, gözlərim göynədi, və aşağı göz qapaqlarım nəm oldu. Ulduzlar bulanıq oldu və şüalanan ləkələrə bənzəyirdilər. Həyəcan siqnalı uyulduyurdu. Mən xeylaq kürəyim Qlayaya dayandım, elə bil fikirli-fikirli qalktikaya baxıram. Amma gözlərim qurumurdu. Onda kreslomu monitora tərəf çəkdim, döşəmədən planşeti götürdüm və vəsaitlər xəritəsi haqqında sorğu verdim. Monitorda gəminin sxemi göründü. Son saatlar ərzində neçənci dəfədir ona baxırdım. Orta məsafəli uçuşlar üçün reaktoru xaricdən qoşulan sürətli sərnişin gəmisi. Yastılanmış kürə – yaşayış hissəsi, ondan 140 metr uzunluğunda nazik boru, içində nəqliyyat koridoru. Borunun sonunda reaktorun ağızı. Başlanğıcında balaca dairə, uzaq əlavə otaqlar. Ora hələ keçmirdim, yaşayış hissəsini iri plana verdim. Səkkiz göyərtə. Üçü yük üçün nəzərdə tutulub, üçü sərnişin üçün – plaskart, ikincidərəcəli və VİP-klass (bütün həyat növləri üçün yararlı olan universal kayutalar). Yuxarıda yemək zalı və kazino-bar. Zonuncu göyərtə – servorobotların qarajları, heyətin kayutaları və pilotların kabinası. Bütün bunlar boz punktirlə cızılımışdır. Bütün bunlar artıq mövcud deyildir. Mən planşetə toxundum və şəkili yerini dəyişdiridim, bir az da. Boru başladı. Buranı böyütdüm və boru boyu şəkili tərpədməyə başladım. Təxminən borunun ortasında punktir, nəhayət, rəngli boyalara dəyişdi. Mən maksimal böyütmə verdim. Şəkil sxematik idi, çox guman ki, şəkilləri ehtiyat qayıqdaki mikrorobot çəkib. Oyuq boru elə bil içəridən dağıdılmışdı, vəhşi gülün ləçəklərə bənzər örtüyün parçaları bayıra baxırdı.

– Mənə elə gəlir ki, – Qlaya kürəyimin arxasından səsləndi. – Bu nədirsə aşağı yük göyərtəsində idi. Orda nə daşıyırdılar?

– Sən də soruşmağa adam tapdın! – deyə qışqırdım. – Həkimdən! Mən nə bilim?

– Fikirləşirsən ki, terroristlərin işidir?

– Mən daha heç nə fikirləşmirəm! – qışqırdım. – Bəlkə Volqladan hörümçəklərin işidir! Bəlkə sərnişinlərin birinə suiqəstdir. Bəlkə axmağın biri baqaja sənaye kondensatoru qoyub, gömrükdə başqa axmaq ona fikir verməyib! Servorobotlardan da üçüncü axmaq onu açıb və konturu söndürüb! Bizim üçün nə fərqi var?

Mən planşetə vurdum və monitora mövcudluq sxemini çıxartdım. Heç nə dəyişməyib, iki işıq yanırdı. Ətrafda başqa canlı məxluq yox idi, ancaq mənim qolumda komunikator və Qlayanın qulağındaki klipsa siqnal verirdilər.

– Nəbzin yaman tezdir, – Qlayanın kefi pozuldu, o masadan aşağı hoppandı. – Uzan, bir az dincəl.

Bu heyvan rəqəmləri nə tez oxudu. Mən mövcudluq sxemi söndürdüm və xəritəni boru boyunca reaktor ağızında genişlənməyə qədər keçirtdim. Əlavə otaqlar. Reaktor üçün ehtiyat hissələri üçün anbar, koridorun divarında ehtiyat qayığın qapısı. Bu qapıyla üzbəüz tibbi otağı giriş. İş ondadır ki, səhiyyyə məmurları, özləri kurort planetlərdən uzaq heç yerə uçmayıblar və kosmosu naməlum xəstəliklərindən yaman qorxurlar, ona görə də tibbi otaqları karantin zonay çıxartmağını tələb edirlər, reaktoru yanına, və yüksək dərəcəli germetizasiyanı tələb edirlər. Onsuzda xəstə yemək zalında camaatı yoluxacaq. Və onsuzda sadə ilk yardım qutusunda olan aktiv zülal bütün infeksiyaları məhv edə bilər. İndi isə yaşayış hissə toza dönüb kosmosda yayılıb. Heyətin yeddi üzvü də həmçinin. Və iki yüz sərnişin – Yerlilər, adonlular, yutalar da var idi deyəsən. Ətrafda isə vakuum, borunun koridorunda vakuum. Biz isə tibbi otaqda bağlanmışıq. Mən və bu heyətlə Yer kürəsinə uçmaq istəyən heyvan. Olanımız da on saatlıq oksigendir ehtiyatıdır. Və soyuq hava. Və qayığın kompyuteri ilə əlaqə. Və əla sürətli qayıq, amma ona çatmaq mümkün deyil, ona görə ki, qapını o tərəfində vakuumdur. Və üzülən ümüd ki, yardım gələcək. Hardan gəlsin ki? Və ucqar kosmos. Və dərmanlar. Və universal avtoklav. Və bir şey də var, Qlaya bilmir. Amma bu haqda düşünmək olmaz, çünki ondan bir dənədir, biz isə ikimizik.

– Qulaq as, – Qlaya dedi. – Bəlkə məni yatızdırasan?

– Nə?! – Təəccübümdən bir az atlandım.

– Xovlunu yatızdırsan, sənə oksigen çox vaxta çata bilər, – zolaqlı quyruğu döşəmədə tərpənirdi.

– Bəsdir!!! – mən qışqırdım!

– Sadəcə danış, məni necə yatızdırardın? Sən xovlu heyvanları yəqin ki, yatızıdrmısan...

– Olub, – sözlər güclə çıxırdı. – Qospitalda yer çatmadı, və bizim kursda üç nəfərimiz praktikasını baytar klinikasında keçirdi.

– Danış, heyvanları necə yatızdırırlar? – Qlayanın səsində maraq eşidilirdi, böyük gözlərində qığılcımlar parıldayırdı.

– Necə yatızdırırlar? Bunu bilmək istəyirsən? – Mən donmuş əllərimi kombinezonun ciblərinə saldım və otağda gəzdim. – Gözləyərdim, yatasan. Burnuva efirlə islanmış pambıq yaxınlaşdırardım. Sonra güclü narkoz iynəsin vurardım. Sonra qalın iynəli şprisi ammaikla doldurardım. Sonra döş qəfəsini qabırğalar arası deşib, ağ ciyərlərinə ammiak vurardım. Toxumaların ani nekrozu. Sürətli, ağrısız ölüm. İyirmi birinci əsrin əvvəlində bu yolla itlər və pişikləri yatızıdrardılar.

Qlaya, başını əyib, mənə dairə gözləri ilə baxırdı. Məxmər yarpaqlara bənzər qulaqları fikirli və kədərli halda sallanmışdı.

– Dərim iynədən korlanmaz ki? – deyə soruşdu. – Sən gəşəng müqəvva düzəldərsən?

Mən cavab vermədim.

– Söz ver, – Qlaya dedi. – Ki məni atmarsan, gəşəng müqəvva düzəldəcəksən. Mənim xəzim çox qimətlidir.

– Söz veririəm, – mən mırıldadım.

– Dəqiq?

– Dəqiq.

Qlaya susurdu, quyruğu fikirli-fikirli döşəmədə tərpənirdi. Mən diqqətlə ona baxırdım, və, birdən ucadan güldüm:

– Bu na baxın, bu məxluq beyaqları mənə dedi ki, mən yırtıcıyam, amma onların mədəniyyətində qəhramanlıq hünəri və fədəkarlıq ölümü yoxdur.

– Mən rus dilini tam öyrənməmişəm... – Qlaya asta-asta danışırdı, quyruq bir də tərpənim dondu. – Mən bilmirdim ki, “yatızdırmaq” sözünün iki mənası var.

Var gücümlə dodağımı dişlədim, əllərimlə üzümü bağladım və kresloya yıxıldım. Titrəyirdim. Hiss etdim ki, Qlaya yanımda oturub, söykəndi mənə, onun istiliyin hiss ediridim. Nəhayət taqətim qalmadığını hiss etdim. Ağır yuzuya getdim, röyalar məni bürüdü.

Kreslodan sürüşüb, yerə uzandım. Qlaya yanımda yumrulandı.

– Sən xovlunu atmarsan ki? – yuxulu-yuxulu mıyoldadı.

– Əlbəttə ki, yox, – deyə, cavab verdim.

 

…Soyuqdan oyandım. Qalxdım, yatan Qlayaya baxdım. Dərmanlar seyfini açdım, içindən pambıq və efiri çıxartdım. Pambığı efirə batırıb, burnunun yanına qoydum. O dərin nəfəs götürdü, və mən qorxdum ki, oyanar. Amma o oyanmdadı. Narkozu çox axtarırıdım, amma ammiak tez tapıldı. Şpris ağ ciyərlərinə çətin keçdi, təlaşdan əllərim titrəyirdi, iynə qabırğalara dəyirdi. Sonra divar dolabını açdım və içindən epidemioloji qorunma skafandrını çıxartdım – içində bir neçə saatlıq oksigen də var. Bircə radiasiyadan qorumur, amma içində hərəkətin gücləndiriciləri var. Kim bilir, bəlkə də gücləndiricilər olmasaydı, ikimiz də içində yerləşərdik. Kənar səslərin yayılmağını söndürdüm. Həyəcan siqnalı eşidilmədi amma süküt daha qorxulu idi. Bir dənə plastik paket qötürüb, ora Qlayanın cəsədini qoydum. Döşəmədən planşeti götürüb, komanda verdim. Otağın ağır qapısı titrəyib, kənara çəkildi. Küləyin ani şiddəti məni irəli itələdi, mən kandara yıxıldım, amma paketi əlimdən salmadım. Qalxdım, koridoru keçdim və qəza plombları çıxardana kimi, linklərlə çox əlləşdim. Nəhayət, qayığın qapısı açaıldı və mən içəri girdim. Təzyiq bərabər olan kimi, skafandrı çıxartdım, pilot oturacağına oturub, əllərimi idarə pultuna qoydum...

 

Müqəvvanı Yaroslavl şəhərindəki bağıma qoydum. Qlaya arxa ayaqlarında otururdu və elə diri idi, yalnız bulanıq şüşə gözlərində qığılcımlar parıldamırdı.

Bir həftə dözdüm, sonra isə müqəvvanı çardağa qoydum. Bir-iki ildən sonra, ora qalxıb gördüm ki, siçanlar onu bərpaolunmaz dərəcədə korlayıblar.

* * *

– Sən xovlunu atmarsan ki? – yuxulu-yuxulu mıyoldadı.

– Əlbəttə ki, yox, – deyə, cavab verdim.

 

…Soyuqdan oyandım və bir müddət dəhşətli yuxudan sonra özümə gəlirdim. Qalxdım, yatan Qlayaya baxdım və silkələdim onu. O yuxulu gözlərini döyürdü.

– Qlaya, mənim bir dənə skafandrım var. Sən içinə çalışıb girərsən, qayığa qədər çatarsan.

– Hanı? – Qlaya başını fırladı soruşdu.

– Dolabda. Nə fəri var? Bir dənədir.

– Bəs sən? – deyə, Qlaya soruşdu.

– Mən – yox. Mübahisə etmə. Variant yoxdur.

– Qəhrəmanlıq və fədakarlıq, – Qlaya miyoldadı və o biri böyrü üstə uzandı. – Axmaqlıq eləmə, gəl yataq. – Sən xovlunu atmarsan ki? 

– Əlbəttə ki, yox, – deyə, cavab verdim.

Kresloya oturdum, bayır mənzərəsini açıb, yasəmən rəngli qalaktikanın sonsuz dairələrinə baxırdım. Qlaya yatdı, mən durdum, dolaba yaxınlaşdım, içindən pambıq, efir və şprisləri çıxartdım. Lazım olan hər şeyi eliyəndən sonra avtoklava yaxınlaşdım, ağır qapısını açdım və içinə balaca soyuyan cəsədi qoydum. Əlim içində, xovlu cəsəd çox balaca görsənirdi. Qapını örtdüm və pultda kremasiya düyməsini seçdim. Tünd qırmızı alov avtoklavın kamerasında sönəndən sonra, qıfılları boşaldıb, qapını açdım ki, kül kosmosda itsin. Havada ütülmüş tükü isti qoxusu yayıldı. Mən skafandrı giydim. Otaq qapısının qıfıllarını açdım. Qayığa mindim.

* * *

– Sən xovlunu atmarsan ki? – yuxulu-yuxulu mıyoldadı.

– Əlbəttə ki, yox, – deyə, cavab verdim.

 

…Soyuqdan oyandım. Qalxdım, yatan Qlayaya baxdım. Dərmanlar seyfini açdım, içindən pambıq və efiri çıxartdım. Pambığı efirə batırıb, burnunun yanına qoydum. O dərin nəfəs götürdü, və mən qorxdum ki, oyanar. Amma o oyanmdadı. Yuxu dərmanını vurdum. Nəfəsi hiss olunmaz dərəcədə azaldı. Skafandrı giydim. Avtoklava yaxınlaşdım və ehtiyatla onu içinə qoydum. Qapını örtüb, germetik qıfılları bağladım. Avtoklava əllərimlə yapışıb, gücləndim və hiss edirdim ki, skafandrın süni əzələləri də titrəyir. Nəhayət dayaqlar dözmədi, və plastik döşəməni dağıdıb çıxdılar. Mən onları sındırdım, və yekə silindri qoltuğumun altına saldım. Otaq qapısını açdım, qayığa tərəf cumdum. Skafandr dözər. İki dəqiqəyə çatdıraram. Qlaya boğulmayacaq.

© müəllif Leonid Kaganov, original here
© tərcümə – Qaib Əliyev

© Leonid Kaganov:    lleo@aha.ru
Official Site:     http://lleo.me/e/